EN

Azərbaycan pedaqoqların məzuniyyət qaydalarını dəyişir

Azərbaycan məktəblərində bilavasitə təlim-tədris prosesində çalışan pedaqoji işçilərə məzuniyyətin verilməsi qaydasında dəyişiklik nəzərdə tutulur. Dəyişiklik Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Hazırkı qanunvericiliyə görə, müəllimlərə əmək məzuniyyəti işə başlama tarixindən asılı olmayaraq yalnız yay tətili dövründə verilir.

Yeni layihə isə məzuniyyət hüququnu genişləndirir: pedaqoji işçilər məzuniyyətlərini ya ənənəvi şəkildə yay tətilində, ya da işəgötürənin razılığı ilə tədris ili ərzində götürə biləcəklər.

Layihəyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində veriləcək.

Chosen
19
11
anews.az

10Sources