AZ

Müəllimlər üçün ŞAD XƏBƏR

Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik ediləcək.
 
Moderator.az-ın məlumatına görə, məsələ Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə edilən Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
 
Mövcud qanunvericiliyə görə, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilir.
 
Layihəyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində veriləcək.
Seçilən
9
15
moderator.az

10Mənbələr