EN

Almaniyalı qapıçı zədədən sonra "Barselona"nın məşqlərinə qoşulub

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen zədədən sonra yenidən komandanın məşqlərinə qatılıb.

Azreform.info xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 33 yaşlı almaniyalı qolkiper belindəki problemlər səbəbindən mövsümün startını buraxıb.

Qeyd edək ki, qapıçının "Barselona" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Kataloniyalılar hazırda 16 oyundan 40 xal toplayaraq İspaniya La Liqasında turnir cədvəlində birinci yerdə qərarlaşıblar.

Chosen
21
21
azreform.info

10Sources