EN

Fələstin dövləti mütləq qurulacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP Konqres Mərkəzində keçirilən "İnsanlıq üçün güclü Türkiyə" proqramında Qəzza ilə bağlı danışıb.

Publika.az xəbər verir ki, Ərdoğan çıxışında Fələstin xalqının mübarizəsinə dəstəyin daim davam edəcəyini bildirib.

Etibar və həmrəyliyin vacibliyini vurğulayan Ərdoğan, Fələstində viran qoyulmuş bölgənin yenidən qurulacağını bəyan edib:

"Fələstinə azadlıq və sülh gələcək, Suveren Fələstin dövləti mütləq qurulacaq. Yaxın gələcəkdə bu vədi mütləq tutacağıq".

Chosen
28
1
publika.az

2Sources