EN

Prezidentin Slovakiyaya səfəri Cənubi Qafqazda regional stabilliyin dəstəklənməsi baxımından strateji əhəmiyyət daşıyır




“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya səfərinin siyasi-iqtisadi üstünlükləri ilə yanaşı
diplomatik əhəmiyyəti də yüksəkdir. Slovakiya Aİ-dəki mövqeyindən istifadə edərək Azərbaycanın Avropa strukturlarına inteqrasiyasını dəstəkləyə bilər”.

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O qeyd edib ki, bu, siyasi və iqtisadi əməkdaşlıqdan əlavə, humanitar və mədəni sahələri də əhatə edə bilər:

“Azərbaycanın Avropa məkanında mövqeyini gücləndirməsi və regional layihələrdə iştirakını artırması üçün belə səfərlər əhəmiyyətli siqnaldır”.

Politoloq diqqətə çatdırıb ki, səfərin regional geosiyasi aspekti də qeyd edilməlidir:

“Cənubi Qafqazda sabitlik və əməkdaşlığın gücləndirilməsi Avropanın maraqlarına uyğun gəlir. Slovakiya ilə əməkdaşlıq Azərbaycanın regiondakı strateji layihələrdə, xüsusilə enerji və nəqliyyat dəhlizlərində Avropa tərəfdaşları ilə daha sıx əlaqə qurmasına imkan verir.

Son olaraq qeyd edim ki, Prezident İlham Əliyevin Slovakiyaya səfəri Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi, ikitərəfli iqtisadi və enerji əməkdaşlığının dərinləşdirilməsi və Cənubi Qafqazda regional stabilliyin dəstəklənməsi baxımından strateji əhəmiyyət daşıyır”.

Süleyman
Chosen
21
1
newscenter.az

2Sources