EN

Premyer Liqada 2500-3000 manatı bir gecəyə kim qazanır?

Bu gün Premyer Liqada 14-cü tura yekun vurulacaq.

Dördüncü oyun gününə daha 2 matç nəzərdə tutulub.

“Araz-Naxçıvan” Mərdəkanda “Kəpəz”i qəbul edəcək. Hazırda turnir cədvəlində Naxçıvan təmsilçisi 20 xalla 6-cı, Gəncə klubu isə 6 xalla 11-cidir.

Bu komandaların ilk dövrədəki görüşündə “Araz-Naxçıvan” 2:0 hesabı ilə qalib gəlib.

Lakin dekabrın 4-də keçirilən kubok matçında “Kəpəz” rəqibini səfərdə 1 cavabsız qolla üstələyib və adını ¼ final mərhələsinə yazdırıb.

Gəncə təmsilçisi bu gün də udsa, həm turnir cədvəlində mövqeyini bir qədər yaxşılaşdıracaq, həm də normal pul qazanacaq.

3 xal müqabilində əsas heyətdə meydana çıxanların hər birini 2500-3000 manat civarında mükafat gözləyir.

SPORTİNFO.AZ

Chosen
28
sportinfo.az

1Sources