EN

BVF Pakistana 1,2 milyard dollar həcmində kredit ayıracaq

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) çərşənbə günü Pakistana 1,2milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunan maliyyə tranşı ölkəyə son illərin ən ağır iqtisadiböhranlarından birindən çıxış yolunu tapmaq məqsədiləgerçəkləşib.

BVF-nin yaydığı bəyanatda bildirilib ki, Fondun rəyasət heyətiPakistanın iqtisadi proqramlarının iki icmalını tamamlayıb, əsaskredit mexanizmi çərçivəsində təxminən 1 milyard dollar əsas kreditvə iqlimlə bağlı proqram çərçivəsində ayrıac olaraq 200 milyondolların verilməsini təsdiqləyib.

Son təsdiq daxil olmaqla Pakistan keçən ildən bəri BVF-dənümumilikdə təxminən 3,3 milyard dollar vəsait alıb. İslamabadrazılaşdırılmış şərtlərə əməl etdikdə, nəzərdə tutulan vəsaiti 37ay ərzində hissəli tranşlar şəklində alacaq.

Chosen
38
az.trend.az

1Sources