Qəzet bildirir ki, Şirak yeparxiyasının keşişlərinin mövqeyi səbəbindən Paşinyan "icarəyə götürülmüş" din xadimlərinə müraciət etməyə məcbur olub, hətta kilsənin qapısını güclə açaraq atributikasız "əks-liturgiya" keçirib. Şəhər sakinləri isə küçələrdə hakim partiya üzvlərinə və kilsəni "tərk edən" din xadimlərinə etiraz nümayiş etdiriblər.
Məlumata görə, Gümrüdə kilsədə bir neçə nəfər tərəfindən Katolikosun və Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikaelin adı səsləndirilib. Qəzet qeyd edir ki, bu cür etirazlar "Surb Sarkis" kilsəsindəki insidentdən sonra "qar topu effekti" yaradaraq daha təşkilatlanmış şəkildə davam edir. Gümrüdə Katolikosun adını səsləndirən və kilsədən çıxarılan şəxsin "Ayakve" təşkilatının yerli nümayəndəsi olduğu bildirilir.