EN

Paşinyanın Gümrüdəki çıxışı uğursuzluqla nəticələndi – ÖZƏL

Olaylar.az xəbər verir ki, erməni qəzeti "Past" yazır ki, Nikol Paşinyanın Gümrüdə keçirdiyi növbəti bazar tədbiri tam uğursuzluqla nəticələnib. Nəşrin iddiasına görə, Paşinyanın çıxışı mini-mitinqləri xatırladan əvvəlki tədbirlərdən də zəif olub: Gümrüdə keçirilən mərasimdə əsasən güc strukturlarının əməkdaşları və "Vətəndaş Müqaviləsi" partiyasının üzvləri iştirak edib və bu, "yığıncaq" görüntüsü yaradıb.

Qəzet bildirir ki, Şirak yeparxiyasının keşişlərinin mövqeyi səbəbindən Paşinyan "icarəyə götürülmüş" din xadimlərinə müraciət etməyə məcbur olub, hətta kilsənin qapısını güclə açaraq atributikasız "əks-liturgiya" keçirib. Şəhər sakinləri isə küçələrdə hakim partiya üzvlərinə və kilsəni "tərk edən" din xadimlərinə etiraz nümayiş etdiriblər.

Məlumata görə, Gümrüdə kilsədə bir neçə nəfər tərəfindən Katolikosun və Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikaelin adı səsləndirilib. Qəzet qeyd edir ki, bu cür etirazlar "Surb Sarkis" kilsəsindəki insidentdən sonra "qar topu effekti" yaradaraq daha təşkilatlanmış şəkildə davam edir. Gümrüdə Katolikosun adını səsləndirən və kilsədən çıxarılan şəxsin "Ayakve" təşkilatının yerli nümayəndəsi olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
107
olaylar.az

1Sources