EN

Slovakiya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlıdırlar

Slovakiya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlıdırlar. Çünki Azərbaycanın müxtəlif sahələrə Slovakiya sərmayəsini cəlb etmək üçün yaxşı imkanları var. Eyni zamanda, Azərbaycan iş adamlarının da Slovakiyaya investisiya qoyması önəmli istiqamətlərdən biri olaraq qalır.

Bu barədə AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə Azərbaycan iş adamları Mərkəzi Avropaya daha çox sərmayə yatırmağa maraq göstərirlər.

“2024-cü ildə Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsi 46 milyon dollar olub. Halbuki real potensial daha yüksəkdir. Bu, ölkələrimiz arasında iqtisadi əlaqələrin dərinləşməsi, ticarət dövriyyəsinin artırılması üçün imkanlar yaradır. Bir tərəfdən Slovakiyadan ərzaq və bəzi sənaye məhsullarını idxal etmək mümkündür. Digər tərəfdən, Azərbaycan kənd təsərrüfatı və emal olunmuş ərzaq məhsulları ilə Slovakiya bazarına çıxa bilər. Slovakiya bazarı Azərbaycan üçün qeyri-neft ixracının artırılması baxımından əhəmiyyətlidir. Çünki bu, qeyri-neft məhsullarının Slovakiyaya daha çox ixrac edilməsinə şərait yaradır.

Bununla yanaşı, turizm sahəsində də iki ölkə arasında böyük potensial mövcuddur. Həm Slovakiyadan turistlərin Azərbaycana cəlb edilməsi, həm də azərbaycanlıların Slovakiyaya səfərlərinin artırılması yüksək qiymətləndirilir. Bu isə turizm əlaqələrinin daha da inkişafına imkan verə bilər”, - deyə Vüqar Bayramov əlavə edib.

Chosen
26
1
azerbaijan-news.az

2Sources