Samuxda zəhərlənmə hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb. 2009-cu il təvəllüdlü V.Hacıyev yaşadığı evin hamam otağında çimən zaman dəm qazından boğularaq ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır. (Unikal.az)
Bizim.Media