Samuxda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü V.Hacıyev yaşadığı evin vanna otağında çimən zaman dəm qazından boğularaq ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.