Ajans.az xəbər verir ki, hadisə şəhərin Mir Cəlal Paşayev küçəsində baş verib. Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində 2005-ci il təvəllüdlü H.Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.