Gəncədə qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "Chevrolet" markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində xəsarət alan olmasa da avtomobillərə və yol nizamlayıcı nişana ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov