“Real”ın müdafiəçisi Eder Militao zədə səbəbindən 3–4 ay yaşıl meydanlardan uzaq qalacaq.
İdmanxeber.az yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı braziliyalı futbolçu La Liqanın 15-ci turunda “Selta” ilə səfər oyununda sol ayağından ciddi xəsarət alıb. O, zədə üzündən matçın 24-cü dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, görüş “Real”ın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.