
ABŞ və Ukrayna arasında münaqişənin həlli ilə bağlı danışıqlar ərazi məsələsində fundamental fikir ayrılığı səbəbindən çətinləşir, - Olaylar bu barədə "Politico"-ya istinadən xəbər verir.
Nəşrin məlumatına görə, əsas problem Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrindən (ÜSQ) Donbassı tamamilə tərk etməsini tələb etməsidir.
"Amerikalılar israrla bildirirlər ki, Ukrayna hər halda Donbassı tərk etməlidir", - danışıqların gedişi ilə tanış olan yüksək vəzifəli Avropa rəsmisi bildirib.
Öz növbəsində, Kiyev münaqişənin mövcud təmas xətti üzrə dondurulmasını tələb edir, - portal yazır.
Rusiya prezidenti Vladimir Putin isə vurğulayıb ki, Donbass və Novorossiya əraziləri hər halda azad ediləcək. Onun sözlərinə görə, hadisələrin iki mümkün inkişaf variantı mövcuddur: hərbi əməliyyatlar və ya Ukrayna Silahlı Qüvvələrinin könüllü çıxışı.
İbrahim Məmmədli