EN

Hücumlar Qara dənizdə daşımaları bahalaşdırdı KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Son bir ayda Qara dənizdə gəmilərin sığortalanma qiymətləri tanker və Rusiya limanlarına edilən hücumlardan sonra təxminən üç dəfə artıb.

KONKRET.az xəbər verir ki, bu barədə Financial Times iki brokerə və dəniz təhlükəsizliyi üzrə eksperta istinadən yazır.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, hərbi risklər üzrə sığorta haqları noyabrın əvvəlində gəminin dəyərinin təxminən 0,25–0,3%-i səviyyəsində olduğu halda, bu həftə 0,5–0,75%-ə yüksəlib. Xammal sığortası üzrə broker isə bildirib ki, onların müştəriləri üçün qiymətlər 200%-dən çox artıb.

Məqalədə qeyd edilir ki, ən böyük qiymət artımı Rusiyaya bitişik Qara dəniz bölgələrində, eləcə də Ukrayna, Gürcüstan və Türkiyə yaxınlığında fəaliyyət göstərən gəmilər üçün müşahidə olunub.

Adının açıqlanmasını istəməyən dəniz təhlükəsizliyi üzrə ekspert bildirib ki, zərbələr tanker sahiblərini ciddi şəkildə narahat edib, çünki hədəfə hətta qanuni ticarətlə məşğul olan gəmilərin belə çevrildiyi ilə bağlı narahatlıq yaranıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
1
konkret.az

2Sources