EN

“Qarabağ” – “Ayaks” oyununa 28 minə yaxın bilet satılıb

Bakı, 8 dekabr, AZƏRTAC

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununa 27 650 bilet satılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

 

Chosen
14
10
azertag.az

10Sources