EN

BƏƏ LNG ixracını artırmağı planlaşdırır

Bakı, 8 noyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) artan qlobal tələbat fonunda mayeləşdirilmiş təbii qaz (LNG) ixracını artırmağı planlaşdırır.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu BƏƏ-nin energetika naziri Süheyl əl-Məzrui bildirib.

Nazirin sözlərinə görə, BƏƏ yaxın illərdə yalnız daxili bazarın tələbatını tam təmin etməkdən əlavə, həm də ixrac potensialını əhəmiyyətli dərəcədə artırmağı hədəfləyib.

Qətərin energetika naziri Saad əl-Kaabi isə bir qədər əvvəl bildirib ki, süni intellekt texnologiyalarının artan enerji tələbləri fonunda qlobal qaz istehlakına da tələbat paralel olacaq. Onun proqnozuna əsasən, 2035-ci ilə qədər qlobal LNG tələbatı illik 600–700 milyon tona çata bilər.

BƏƏ-nin “Abu Dhabi National Oil Co.” (ADNOC) şirkətinin beynəlxalq enerji investisiya qolu olan XRG bu ilin iyun ayında açıqlamışdı ki, 2035-ci ilədək 20–25 milyon ton illik gücə malik qaz və LNG portfeli formalaşdırmağı planlaşdırır.

Chosen
82
1
azertag.az

2Sources