Bakı. Trend:
Braziliyada iki silahlı cinayətkar San-Paulunun mərkəzindəyerləşən Mario de Andrade adına kitabxanaya daxil olaraq, fransızrəssam Anri Matiss və braziliyalı rəssam Kandido Portinarinin ənazı 13 qravürünü oğurlayıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
“Ekspozisiyada nümayiş etdirilən əsərlər sığortalanmışdı,sərginin keçirildiyi məkanda mühafizə xidməti və videomüşahidəsistemi mövcud idi. Hazırda araşdırma üçün faydalı ola biləcəkbütün materiallar polisə təqdim olunur”, – deyə ölkənin Mədəniyyətvə Bədii İqtisadiyyatı Katibliyinin bəyanatında qeyd olunub.
Məlumata görə, oğurlanan əsərlər Anri Matissə məxsus səkkizqravür və Kandido Portinarinin beş qravürüdür. Bu əsərlər San-PauluMüasir İncəsənət Muzeyi ilə birgə təşkil olunan “Kitabdan muzeyə”adlı sərginin bir hissəsi olub.
Hüquq-mühafizə orqanları şübhəlilərin şəxsiyyətini müəyyən edibvə hazırda Braziliya polisi cinayətkarların axtarışı iləməşğuldur.