EN

Tədris planlarında Azərbaycan dili fənninin dərs saatları artırılacaq – Emin Əmrullayev

Bakı. Trend:

Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dilinimükəmməl bilməsi dövlətin əsas məqsədlərindən biridir. Elm vəTəhsil Nazirliyi olaraq son illərdə bu istiqamətdə mövcud imkanlardaxilində bir sıra mühüm qərarlar qəbul etmişik və düşünürəm ki, buqərarlar gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək. Buqərarlardan biri tədris planlarında Azərbaycan dili dərssaatlarının artırılmasıdır.

Trend xəbərverir ki, elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə“Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcudvəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışızamanı deyib.

Nazir bildirib ki, eyni zamanda müxtəlif fənlərin – o cümlədən,Azərbaycan tarixi fənninin – artıq 6-cı sinifdən başlayaraq tədrisdilindən asılı olmayaraq Azərbaycan dilində keçirilməsi təminedilib.

“Bununla yanaşı, Çağırışaqədərki hərbi hazırlıq fənninin dəAzərbaycan dilində tədrisi tətbiq olunur. Ümumilikdə, ayrı-ayrıfənlərin Azərbaycan dilində tədrisi həm Azərbaycan dilində ümumitədris saatlarının artması, həm də bu istiqamətdə şagirdlərin dilbacarıqlarının və səriştələrinin inkişafı deməkdir”, - deyə ovurğulayıb.

Chosen
44
13
az.trend.az

10Sources