Hurriyyet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, eyni zamanda müxtəlif fənlərin – o cümlədən, Azərbaycan tarixi fənninin – artıq 6-cı sinifdən başlayaraq tədris dilindən asılı olmayaraq Azərbaycan dilində keçirilməsi təmin edilib.
“Bununla yanaşı, Çağırışaqədərki hərbi hazırlıq fənninin də Azərbaycan dilində tədrisi tətbiq olunur. Ümumilikdə, ayrı-ayrı fənlərin Azərbaycan dilində tədrisi həm Azərbaycan dilində ümumi tədris saatlarının artması, həm də bu istiqamətdə şagirdlərin dil bacarıqlarının və səriştələrinin inkişafı deməkdir”, - deyə o vurğulayıb.(Trend)