EN

İsa Həbibbəyli: AMEA-nın köməyi ilə televiziyalardakı proqramlar yenidən təşkil olunmalıdır

"Terminologiya komissiyasının tərkibinə yenidən baxılmalı, onun fəaliyyəti aktivləşdirilməlidir".

APA xəbər verir ki, AMEA-nın prezidenti, akademik, Toponimiya komissiyasının sədri İsa Həbibbəyli “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.

“Bundan əlavə, AMEA-nın köməyi ilə televiziyalardakı proqramlar yenidən təşkil olunmalıdır. Onu da qeyd edim ki, hazırda orfoepiya lüğəti də hazırlanır. Həmçinin neologizmlər lüğətinin də hazırlanmasını düşünürük”, - o bildirib.

Chosen
100
2
apa.az

3Sources