BAKI, 8 dekabr. TELEQRAF
“Özbəkistandakı islahatlar həlledici mərhələyə daxil olur, Konstitusiyanın hər bir norması dövlət və cəmiyyət həyatında praktiki fəaliyyət meyarına çevrilməlidir”.
Teleqraf xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.
Dövlət başçısı bildirib ki, Konstitusiya ölkədə bütün hüquq və azadlıqların, sülh və sabitliyin, birlik və həmrəyliyin, geri dönüşü olmayan demokratik islahatların təminatıdır.
Şavkat Mirziyoyev vurğulayıb ki, xalq hakimiyyəti, təmsilçilik demokratiyası, Konstitusiya və qanunun aliliyi kimi prinsiplərə bundan sonra da sadiq qalaraq bu istiqamətdəki islahatları daha qətiyyətlə davam etdirəcək.