Bakı. Trend:
İndoneziyanın Sumatra adasında baş verən güclü daşqın və torpaqsürüşmələri nəticəsində azı 950 nəfər həlak olub, 274 nəfər isəhələ də itkin şəxs kimi qeydiyyatda qalır.
Trend xəbər verirki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrəMilli Agentliyi məlumat yayıb.
Agentliyin açıqlamasında bildirilib ki, təbii fəlakət zamanı 5minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Qeyd olunur ki,əvvəlki məlumatlarda ölənlərin sayının 900 nəfəri keçdiyibildirilmişdi.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatınagörə, fəlakətə noyabrın sonundan bölgədə davam edən güclü yağışlarsəbəb olub.
Daşqınlar yaşayış evlərinə, yollar və digər infrastrukturobyektlərinə ciddi ziyan vurub, bu isə xilasedicilərin ən çox zərərçəkmiş ərazilərə daxil olmasını çətinləşdirib.