EN

Özbəkistanda üç zəlzələ baş verib

Son iki gündə Özbəkistanın şərqində, Namanqan və Fərqanə vilayətlərində sonuncu 3 bal gücündə olmaqla üç zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Saat yerli vaxtla 16:31-də Namanqan və Fərqanə rayonlarında zəlzələ baş verib. Yeraltı təkanlar təxminən 2-3 bal olub. Xəsarət alan olmayıb", - FHN-nin teleqram kanalında yerləşdirilən məlumatda deyilir.

Zəlzələnin episentri Daşkənddən 135 kilometr cənub-şərqdə, Namanqan vilayətinin Papi rayonunda yerləşib.

Şənbə günü eyni ərazidə yerli vaxtla saat 2:04 və 18:19-da üç bal gücündə iki afterşok qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Chosen
58
50
bakivaxti.az

10Sources