EN

Netanyahu əfv oluna bilər?

"Əfv fərmanının verilməsi sırf daxili məsələdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail prezidenti İsaak Hersoq ABŞ prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahuya müraciətinə münasibət bildirib.

Amerika liderinin dəfələrlə Netanyahunu əfv etməyə çağırmasından sonra o, “Politico”ya müsahibəsində deyib: "Prezident Trampın dostluğuna və onun fikrinə hörmət edirəm, lakin İsrail suveren dövlətdir".

İsrailin Baş naziri rəsmi müraciəti təqdim etdikdən sonra Hersoq qəzetə açıqlama verib ki, o, əfv məsələsini diqqətlə nəzərdən keçirəcək və yalnız İsrail xalqının maraqları naminə hərəkət edəcək.

Qeyd edək ki, Netanyahu üç korrupsiya işində ittiham olunur: siqar və şampan da daxil olmaqla 700.000 şekeldən (213.000 dollar) çox dəyərdə qeyri-qanuni hədiyyələr qəbul etmək, onun siyasətinin "müsbət" işıqlandırılması müqabilində media qanunlarını heçə saymaq, və dostlarına fayda verən layihələri dəstəklətdirmək üçün rüşvət. 
 

Chosen
149
1
bakivaxti.az

2Sources