EN

İndoneziyada ölənlərin sayı 900-ü ötdü

İndoneziyanın Sumatra adasında güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 914-ə yüksəlib.

Metbuat.az xəbər verir ki, Antara xəbər agentliyinin məlumatına görə, Milli Fəlakətlə Mübarizə Agentliyi ölkədəki təbii fəlakətlərlə bağlı son rəqəmləri açıqlayıb. Həlak olanların 359-nun Açe, 329-nun Şimali Sumatra, 226-nın isə Qərbi Sumatra bölgəsindən olduğu bildirilib.

Həmin ərazilərdə itkin düşmüş 389 nəfərin axtarışı isə davam edir.

Chosen
7
2
metbuat.az

4Sources