Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəriArzu Əliyeva Banqladeş Xalq Respublikasına səfər çərçivəsindədekabrın 6-da paytaxt Dəkkə şəhərində yerləşən valideynhimayəsindən məhrum olmuş və kimsəsiz qız uşaqları üçün müəssisəniziyarət ediblər.
Trend xəbər verirki, “Shorkari Shishu Poribar” (Dövlət Uşaq Evi) adını daşıyan bumüəssisənin rəhbərliyi və müəllim-tərbiyəçi heyəti qonaqlaraqurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki,Banqladeş Sosial Xidmətlər İdarəsinin nəzdində fəaliyyət göstərənvə müxtəlif mənbələrdən könüllü ianələr hesabına maliyyələşənmüəssisədə 130-dan çox uşaq daimi əsasda yaşayır. Onlara təhsilləyanaşı, gələcək həyata hazır olmaları üçün peşə təlimləri keçirilirvə iş bacarıqları öyrədilir.
Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaq evinin şəraiti vəehtiyacları, o cümlədən yataqxanası və tədris otaqlarının vəziyyətiilə tanış olub, müəllim heyəti və uşaqlarla səmimi söhbət ediblər.Onlara Azərbaycan dövlətinin qlobal səviyyədə daim rəhbər tutduğuhumanizm prinsipindən çıxış edərək Heydər Əliyev Fondu vasitəsiləmüxtəlif ölkələrdə sosial layihələr həyata keçirdiyi barədə məlumatverilib, müəssisə ilə yardım proqramının icrası məsələsi müzakirəolunub.
Sonda uşaq evinin şagirdləri Azərbaycandan gələn qonaqlarqarşısında Banqladeş xalq mahnılarından və rəqslərindən ibarətproqramla çıxış ediblər.