Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, iki qadın xəsarət alıb.
Paralel.az xəbər verir ki hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1998-ci il təvəllüdlü A.Əhmədova və 1991-ci il təvəllüdlü E.Şahbazova nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.