Ajans.az xəbər verir ki, hadisə Goranboyun Dəlməmmədli şəhəri ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" ilə "VAZ 2105 " markalı minik maşınları toqquşub. Qəza zamanı 2005-ci il təvəllüdlü A. Əmrahova, 1977-ci il təvəllüdlü S.Ələsova və 1995-ci il təvəllüdlü E.Hüseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.