EN

Kiyevdən Moskvaya pis xəbər: bu ərazini azad etdilər

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk bölgəsindəki Tixoye kəndini azad edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 67-ci xüsusi mexanizasiya briqadası məlumat yayıb.

Qeyd edək ki, bundan  əvvəl rus hərbi qüvvələri, 21 noyabrda Tixoye kəndini ələ keçirdiklərini açıqlamışdılar. Ancaq Ukrayna ordusu 6 dekabr 2025-ci il tarixində bu kəndin 67-ci briqadanın nəzarətində olduğunu bəyan etmişdi.

Briqada nümayəndələri qeyd ediblər ki, kəndin azad edilməsi Ukraynanın hərbi əməliyyatlarında mühüm addımdır:

“Bu, ölkənin cənub-şərqindəki strateji mövqelərin gücləndirilməsinə kömək edəcək”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
81
6
globalinfo.az

6Sources