GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Qəzza zolağında sülhün nizamlanması üzrə danışıqlar kritik mərhələdədir”.
Globalinfo.az xəbər verir ki, bunu Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əl-Tani deyib.
Onun sözlərinə görə, vasitəçilər atəşkəsin növbəti mərhələsinin irəliləməsi üçün çalışırlar.
“Bu, hələlik bir fasilədir. Biz hələ bunu atəşkəs hesab edə bilmərik”, – At-Tani bildirib.
Qeyd edək ki, oktyabrın 13-də ABŞ prezidenti Donald Tramp Qəzza zolağında münaqişənin bitdiyini bəyan edib. Lakin o, daha sonra Fələstinin HƏMAS hərəkatı tərksilah etməkdən imtina edəcəyi təqdirdə İsrail ordusunun Qəzza zolağında əməliyyatları bərpa edəcəyi ilə hədələyib.
Noyabrın 3-də “Asharq Al-Awsat” xəbər verib ki, HƏMAS atəşkəs razılaşması çərçivəsində ağır silahlarını yerə qoya bilər.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.