Kanadanın şimal-qərbində 6,8 maqnitudalı zəlzələ baş verib.Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar şənbə günü yerli vaxtla saat 13:41-də (Bakı vaxtı ilə bazar günü 00:41-də) Yukon ərazisində, Uaythors şəhərindən 243 km cənub-qərbdə qeydə alınıb.ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 7 olaraq qiymətləndirib.Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.