EN

ABŞ nin Türkiyədəki səfiri: S 400 məsələsi 2026 cı ildə həll ediləcək

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

"Türkiyənin Rusiyadan əldə etdiyi "S-400" hava hücumundan müdafiə sistemləri məsələsi 2026-cı ildə həll ediləcək".

"Cebheinfo.az" xəbər verir ki, bu fikri ABŞ-nin Türkiyədəki səfiri və ABŞ Prezidentinin Suriya üzrə elçisi Tom Barrak Doha Forumu çərçivəsində "CNN Türk"ə bildirib.

"Biz Türkiyə ilə "S-400" məsələsini müzakirə edirik. Düşünürəm ki, bu məsələ gələn il həll olunacaq", - deyə diplomat bildirib. O, məsələnin həlli dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Xatırladaq ki, 2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollara dörd diviziya "S-400" hava hücumundan müdafiə sistemləri alıb. Müqavilə imzalandıqdan sonra Ankara ABŞ-nin yeni nəsil "F-35" qırıcı təyyarələrinin hazırlanması proqramından kənarlaşdırılıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
1
cebheinfo.az

2Sources