EN

Türkiyə generalları Dəməşqdə

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu Dəməşqə səfər edib, orada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparıb.

Gununsesi.info xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi S.Bayraktaroğlunun Suriya müdafiə naziri Murhaf Əbu Kasr və suriyalı həmkarı Əli Nurettin Nasanla da görüşdüyünü bildirib.

İki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri Türkiyə-Suriya Birgə Əməliyyatlar Qərargahında olublar.

Türkiyə nümayəndə heyəti, həmçinin Dəməşqdə müdafiə sərgisində də iştirak edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
72
3
icma.az

5Sources