EN

Ukrayna şokda: Kadırov Qroznıya hücuma belə cavab verdi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çeçenistan lideri Ramzan Kadırov Qroznıya edilən hücuma cavab olaraq Ukraynaya zərbələr endirəcəyini vəd verib.

Globalinfo.az xəbər verir ki, bu barədə onun sosial media səhifələrində məlumat paylaşılıb.

“Söz verdiyim kimi, Qroznıdakı mülki obyektə edilən hücuma cavabımız sürətli oldu. Ukrayna Reyxi dünən gecəni uzun müddət xatırlayacaq”, – deyə Çeçenistan lideri yazıb.

İlk zərbə saat 00:40-da (Moskva vaxtı ilə) Çerniqov və Fastivə endirilib. Kiyev, Xarkov, Odessa, Çerniqov, Dnepropetrovsk, Vinnitsa, Poltava, Xmelnitski, Zaporojye, Sumı və digər bölgələrdə güclü partlayışlar eşidilib. Saat 9:00-a qədər 60-dan çox hədəfə “Geran” raketləri, “İsgəndər-M” və “Kinjal” raketləri ilə vurulub.

Daha əvvəl Kadırov Ukrayna Silahlı Qüvvələrini üzbəüz görüş üçün yer müəyyən etməyə çağırmışdı. Bəyanata Ukraynanın Qroznı şəhərindəki çoxmərtəbəli binalardan birinə PUA ilə hücum etməsi səbəb olub. Kadırov bunu “acizliyin göstəricisi” adlandırıb və qısa zamanda cavab veriləcəyini vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
85
globalinfo.az

1Sources