EN

Naxçıvan MR Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Naxçıvan, 6 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya çərçivəsində Naxçıvan-Duzdağ avtomobil yolunun sol kənarında öncədən müəyyən olunmuş 1 hektar ərazidə 450 badam tingi əkilib, onlara ilkin aqrotexniki qulluq göstərilib.

Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutan aksiyanın məqsədi ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, yaşıllıqların qorunmasına töhfə verməkdir.

Chosen
71
3
azertag.az

4Sources