AZ

Naxçıvanda ağacəkmə aksiyası keçirilib

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib. 

Aksiya çərçivəsində Ali Məhkəmənin kollektivi tərəfindən Naxçıvan-Duzdağ avtomobil yolunun sol kənarında öncədən müəyyən olunmuş 1 hektar ərazidə 450 badam tingi əkilib, onlara ilkin aqrotexniki qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutan aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, yaşıllıqların qorunmasına töhfə verməkdir.

Səbuhi Həsənov
XQ

Seçilən
43
3
xalqqazeti.az

4Mənbələr