EN

Kanada Suriyanı “Terrora dəstək verən dövlətlər” siyahısından çıxarıb

Bakı. Trend:

Kanada hökuməti Suriya­nı “Terrora dəstək verən dövlətlər”siyahısından çıxarıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlərNazirliyi məlumat yayıb.

Açıqlamaya görə, aparılan geniş qiymətləndirmələrdən sonraSuriya adıçəkilən siyahıdan, Heyət Tahrir Şam (HTŞ) isə “TerrorçuTəşkilatlar” siyahısından çıxarılıb.

Nazirlik bildirib ki, bu qərar Suriya keçid hökumətinin ölkədəvə regionda sabitliyin təmin edilməsi istiqamətində beynəlxalqtərəfdaşlarla əməkdaşlıq səylərinə dəstək xarakteri daşıyır.

Qeyd olunub ki, Kanada hökuməti DEAŞ-a qarşı BeynəlxalqKoalisiya ilə əməkdaşlıq da daxil olmaqla, qlobal səviyyədəterrorla mübarizə fəaliyyətlərini davam etdirəcək.

Kanadanın xarici işlər naziri Anita Anand qərarı belə şərhedib:

“Kanada, Suriya keçid hökumətinin Əsəd rejiminin sonaçatmasından sonra sülh və siyasi keçid istiqamətində atdığı müsbətaddımları alqışlayır”.

Məqalədə:
Chosen
50
1
az.trend.az

2Sources