EN

Oskar a namizəd ola biləcək filmlərin adı açıqlanıb

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Amerikan Kino İnstitutu Hollivud rejissoru Ceyms Kemeronun lentə aldığı "Avatar 3" filmini 2025-ci ilin ən yaxşı filmləri sırasına daxil edib.

Reyting.az xəbər verir ki, "American Film Institute" bu ilin ən yaxşı 10 filmi və serialının siyahısını açıqlayıb. Qəbul edilmiş ənənələrə görə, siyahıdakı filmlərin əksəriyyəti eyni zamanda, 2026-cı ildə baş tutacaq "Oskar" mükafatları üçün də əsas göstərici sayılır.

İlin ən yaxşı filmləri:

"Avatar 3: od və kül"

"Buqoniya"

"Frankenşteyn"

"Hamnet"

"Ceyni Kelli"

"Möhtəşəm Marti"

"Döyüş ardınca döyüş"

"Günahkarlar"

"Qatar yuxuları"

"Qəzəbli: həmişəlik"

İlin ən yaxşı serialları:

"Yeniyetmə dövrü"

"Andor"

"İldırımdan ölmək"

"Diplomat qadın"

"İç üzü"

"Pitt xəstəxanası"

"Bir çoxundan"

"Bölünmə"

"Kinostudiya"

"Tapşırıq".

Xatırladaq ki, siyahıya adı düşən bu filmlər, həmçinin seriallar, beynəlxalq "Oskar" kino mükafatına real namizəd ola biləcək şanslı ekran əsərləri kimi qəbul edilir.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
66
reyting.az

1Sources