EN

İki boksçumuz mərhələ adladı

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

İki boksçumuz Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb."Football-plus.az" xəbər verir ki, mundialın ikinci günündə Avropa çempionu Sübhan Mamedov (48 kq) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb. Boksçumuz üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda tacikistanlı Mehron Şafiyevlə döyüşəcək.Zaur Qəhrəmanov (67 kq) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçumuz 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
16
icma.az

10Sources