Hindistanlı Sarvaqya Sinqh Kuşvaha tarixdə Dünya Şahmat Federasiyasının (FIDE) reytinq siyahısına daxil edilmiş ən gənc oyunçu olub.
Publika.az xəbər verir ki, bu barədə “ETV Bharat” məlumat yayıb.
İdmançı 3 yaş, 7 ay və 20 günlükdür. O, FİDE-nin reytinq siyahısına bir ay daha yaşlı daxil olan həmyerlisi Aniş Sarkarunun nailiyyətini üstələyib.
Kuşvaha altı ay əvvəl şahmat oynamağa başlayıb. Şahmatçının atası Siddharth Sinqh Kuşvaha “O, oyunun qaydalarını o qədər tez mənimsədi ki, məşqi davam etdirməyə qərar verdik. Məşqçi tutduq və fərdi dərslər təşkil etdik” deyib.