AZ

3 yaşlı şahmatçıdan rekord: FIDE-nin üzvlüyünə qəbul edildi

Üç yaşlı hindistanlı Sarvaqya Sinq Kuşvaha Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ən gənc üzvü olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, 3 yaş 7 ay 20 günlüyündə FIDE üzvlüyünə qəbul edilib.

S.S.Kuşvaha bu nəticə ilə həmyerlisi Aniş Sarkarın rekordunu qırıb. A.Sarkar 3 yaş 8 ay 19 günlüyündə ən gənc şahmatçı ünvanına yiyələnib.

Qeyd edək ki, Hindistanın Madhya-Pradeş ştatının sakini olan Sarvaqya Sinq Kuşvaha ölkəsində keçirilən şahmat turnirlərində uğurla çıxış edib.

"Cebheinfo.az"

Seçilən
58
17
cebheinfo.az

10Mənbələr