EN

"Yaprak Dökümü"nün aktyoru xəstəxanalıq oldu

Türkiyəli məşhur aktyor Halil Ergün xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, 79 yaşlı sənətçinin ürəyindəki əsas damarlardan birində tıxanıqlıq aşkarlanıb.

Təcili əməliyyat olunan aktyorun damarına stent qoyulub. Onun bir gecə xəstəxanada müşahidə altında saxlanılacağı açıqlanıb.

Qeyd edək ki, Hahil Ergün daha çox "Yaprak Dökümü" serialında canlandırdığı Ali Rıza bəy obrazı ilə tanınır.

Chosen
123
publika.az

1Sources