Paytaxtın Yeni Suraxanı və Şüvəlan qəsəbələrini əlaqələndirən 146 nömrəli marşrut üzrə mövcud avtobusların yenilənməsi həyata keçiriləcək.
AYNA tərəfindən keçirilən müsabiqənin nəticəsinə əsasən, dekabrın 7-dən sərnişinlərin xidmətinə müasir “Karsan” markalı avtobuslar veriləcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.55 AZN təşkil edəcək.
XXX
Metronun “Ulduz” stansiyasını Yeni Günəşli qəsəbəsi ilə əlaqələndirən 36 nömrəli marşrut üzrə mövcud avtobusların qismən yenilənməsi həyata keçiriləcək.
Dekabrın 7-dən marşrutda istismar olunan nəqliyyat vasitələri müasir “İsuzu” markalı avtobuslarla əvəz ediləcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.
XXX
Paytaxtın Xətai rayonunun Cavanşir küçəsini Nizami rayonunun Məmmədəli Şərifli küçəsi ilə əlaqələndirən 12 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Dekabrın 7-dən sərnişinlərin xidmətinə veriləcək 18 yeni "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.60 AZN müəyyən edilib.
İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da