Paytaxtın Binəqədi rayonunda obyektlərdən birində partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Baku.ws-in “Qaynar xətt”inə görüntülər daxil olub.
Qeyd edilib ki, hadisə rayonun 6-cı mikrorayon ərazisində yaşanıb. Partlayış güclü yanğınla müşayiət olunmayıb.
Məlumatda o da bildirilib ki, partlayış zamanı xəsarət alanlar var.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əraziyə qurumun müvafiq əməkdaşları cəlb edilib.