EN

Oqtay Şirəliyevin şirkətinə yeni qanuni təmsilçi təyin edildi FOTO

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Mərhum Oqtay Şirəliyevin rəhbərlik etdiyi “Respublika Diaqnostika Mərkəzi” ASC-yə yeni qanuni təmsilçi təyin edilib.

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının reyestrindən məlumat əldə edib.

Belə ki, bir neçə gün əvvəl ASC-nin səhmdarlarının oktyabrdan bəri təxirə salınmış növbədənkənar ümumi yığıncağı baş tutub və yığıncaqda yeni qanuni təmsilçi məsələsi də müzakirə olunub.

Bu vəzifəyə bir müddət əvvəl xəstəxananın baş direktoru postunun həvalə olunduğu Rəşid Vəzirov təyinat alıb.

Məlumat üçün bildirək ki, O.Şirəliyevin vəfatından sonra xəstəxanaya rəhbərlik edən R.Vəzirov 2015-2018-ci illərdə mərkəzin direktor müavini, 2018-2025-ci illərdə isə icraçı direktoru olub.

Qeyd edək ki, “Respublika Diaqnostika Mərkəzi” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Məlumata görə, Oqtay Şirəliyev hələ 1988-2005-ci illərdə “Respublika Diaqnostika Mərkəzi”nin direktoru olub. O, 2005-2021-ci illərdə isə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb. Nazir vəzifəsindən ayrılandan sonra dünyasını dəyişənə qədər mərkəzə rəhbərlik edib.

O.Şirəliyev oktyabrın 3-də 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
71
azpolitika.info

1Sources