EN

Üç yaşlı hindistanlıdan rekord – FİDE reytinqinə malik ən gənc şahmatçı oldu


Hindistanlı Sarvaqya Sinq Kuşvaxa tarixdə Dünya Şahmat Federasiyasının (FIDE) reytinq siyahısına daxil edilmiş ən gənc şahmatçı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Kuşvaxa bu uğura 3 yaş 7 ay 20 günlüyündə imza atıb. Bununla da o, 3 yaş 8 ay 19 günlük həmyerlisi Aniş Sarkarın rekordunu yeniləyib.
Mərkəzi Hindistanın Madxya Pradeş ştatından olan Kuşvaxanın sürətli şahmat reytinqi 1572-dir. Hazırda bu reytinqə 2824 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
FİDE reytinqini əldə etmək üçün oyunçu reytinqə malik olan ən azı bir oyunçunu məğlub etməlidir. Kuşvaxa isə qısa müddətdə üç reytinqli oyunçunu məğlub edib.
Qeyd edək ki, Sarvaqyanın valideynləri əvvəlcə smartfonlardan istifadə etməmək üçün ona şahmata maraq aşılayıblar. Tezliklə oğlan ilk nəticələrini əldə edib və məşqçi Nitin Çaurasiya onunla işləməyə başlayıb. O və milli komandanın baş məşqçisi Akaş Pyaasi hər gün onunla dörd saat məşq edərək, oyunu mənimsəməsinə kömək edib.
Chosen
246
17
yeniavaz.com

10Sources