Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.
Əməkdar artist Gövhər Rzayeva plastik əməliyyat etdirmək istəyir.
Qarmon ifaçısı bu haqda "Günə uğurla" verilişində danışıb. O bildirib ki, baxımlı olmağı xoşlayır:
"Hərdən deyirlər dodağını şişirtmisən. Allaha and olsun etməmişəm. Qadına yaraşır, özünə baxmalıdır. Evdə oturan xanım özünə baxmasın ki, uşağa baxıram? Özümə baxmağı sevirəm, tez-tez çimirəm. Bundan sonra istəyirəm mən də plastik əməliyyat etdirim. Vaxtı gəlib. Botoks etməyəcəyəm, sifəti əyir. Üzümü dartdıracağam. Mənim bunu etmə yaşımdır. İndi cavan uşaqlar edirlər". (Axşam.az)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.